Balakən RİH-də genişmiqyaslı kadr və struktur dəyişiklikləri - müavinlər və şöbə müdirləri vəzifədən azad edildi
(Bu gün, 18:00)
(Bu gün, 18:00)

Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib. Shir.az İ qtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb. Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.
























