Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 9-07-2024, 09:20


1357-ci ildə Praqada kral IV Karl Vltava çayı üzərindən Taclı körpü saldırdı. Görkəmli çex memarı və heykəltaraşı Pyotr Parlerj tərəfindən inşa edilən bu körpü şəhərin ən məşhur memarlıq abidələrindəndir. 1683-cü ildə Taclı körpünün hər iki tərəfində Praqanın tarixini nümayiş etdirən heykəllər qoyuldu.

***

  Astronom və riyaziyyatçı İohan Kepler (Johannes Kepler) o zamana qədər Günəş Sistemində təsbit edilən 6 planetin orbitləri haqqında ən doğru məlumatları ehtiva edən "Kainatın sirri" məşhur əsərini 1595-ci ilin 9 iyulunda çap etdirdi.  

*** 

  Rusiya və Osmanlı dövlətləri arasında imzalanan Kiçik Qaynarca müqaviləsi ilə müstəqilliyə qovuşmuş Krım 1783-cü ilin 9 iyulunda  Rusiyanın işğalına məruz qaldı. Rusiya əsgərləri 2 ay içində minlərlə adamı öldürdü, Krımın müsəlman-türk əhalisinin böyük bir hissəsini silah gücünə köç etdirdi.

***

  9 İyul Argentinanın İstiqlaliyyət Günüdür.

  Argentina 1530-cu ildən İspaniyanın müstəmləkəsi olub, 17-ci əsrin əvvəllərində isə ərazisi La-Plata qubernatorluğu adlanıb.

  1810-cu ildə İspaniya ağalığı əleyhinə başlayan üsyan 1816-cı ildə qələbə və müstəqilliklə bitib.

***

  1919-cu il iyulun 9-da Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti tərəfindən Xarici İşlər Nazirliyi Katibliyinin yaranması ilə bağlı təlimat qəbul olunub.  

  Azərbaycan prezidentinin 2007-ci il sərəncamı ilə 9 İyul Azərbaycan Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı olaraq qəbul edilib.

***

  1942-ci il 9 iyulda general Montqomerinin başçılıq etdiyi ingilis qoşunları Almaniya və İtaliyanın Misirdə birləşmiş qüvvələrinə qarşı döyüşə başladı. Savaş zamanı Avstraliya diviziyası ingilislərin köməyinə çatdı. Əl-Əlameyn şəhəri yaxınlığındakı həmin döyüş almanların məğlubiyyəti ilə nəticələndi.

  Sonradan general Montqomeri qələbə şərəfinə döyüşün baş verdiyi Əl-Əlameyn şəhərinin adını özünə təxəllüs götürdü.

*** 

  9 iyul 1991-ci ildə Cənubi Afrika irqçilik rejiminə sonqoyacağını elan edincə ölkənin 30 illik fasilədən sonra olimpiada yarışlarına qatılmasına icazə verildi.

*** 

9 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan klassik ədəbiyyatı və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər 1821-ci ilin bu günü Göyçə mahalında anadan olub.

  Yaradıcılığında klassik ədəbiyyatın və 19-cu əsr aşıq sənətinin ən yaxşı xüsusiyyətlərini birləşdirən Aşıq Ələsgər təkcə Azərbaycan deyil, bütün Qafqazda ustad sənətkar kimi tanınıb.

  Aşıq Ələsgər yaradıcılığı indiyədək gənc şair və aşıqlar üçün bir məktəb olaraq qalır. (1821-1926)

***

  Dünyaşöhrətli alim, akademik, bir sıra xarici akademiya və elmi cəmiyyətlərin üzvü, SSRİ Dövlət və Nobel mükafatları laureatı Pyotr Kapitsa 1894-cü il 9 iyulda doğulub.

  Kapitsa atomların maqnit məqamının təyini, ifrat güclü maqnit sahəsinin alınması üçün üsul verib, axıcılığı kəşf edib. (1894-1982)

***

  9 iyul Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri, milli teatrın yaranmasında əvəzsiz xidmətləri olan Nəcəf bəy Vəzirovun xatirə günüdür.

  N.Vəzirov 1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabi ilə birlikdə Mirzə Fətəli Axindovun “Vəziri-xani-Lənkəran” komediyasını Bakıda tamaşaya qoyub.

  Öz dram əsərlərində 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin həyatını parlaq boyalarla əks etdirən Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesi Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur. (1854-1926)

*** 

  9 iyul həm də geologiya-minerologiya üzrə Azərbaycan alimi, professor Həsən Əhmədovun xatirə günüdür. Yerin dərin qatlarının öyrənilməsi, Azərbaycanda mezozoy qatlarının neftlilik-qazlılıq problemlərinin tədqiqi, yeni neft yataqların açılması və elmi kadrların hazırlanmasında akademik Həsən Əhmədovun xidmətləri böyükdür. (1906-1984)

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930