Tarix: Bu gün, 18:30
DİN-də gənc namizədlərin növbəti sıra baxışı keçirilib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 27-də respublikanın şəhər və rayon polis orqanlarında, eləcə də daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində təşkil olunan sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş namizədlər arasından daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
















































