Son xəbərlər:
Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                       

İran parlamentinin bugünkü iclasında gərgin anlar yaşanıb. Shir.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Məlumata görə, Bukan vilayətinin deputatı Məhəmməd Qəsim Osmani internetin filtrasiyasının ləğvinə dair planının bütün mərhələləri keçdiyini, lakin parlamentin spikeri Məhəmməd Baqir Qalibafın plana veto qoyduğunu bildirib və buna etiraz edib. Məhəmməd Baqir Qalibaf parlamentin iclasında iştirak etmədiyindən, onun tərəfdarları Məhəmməd Qəsim Osmaniyə etirazlarını bildiriblər.

Pekin ümidvardır ki, Kiyev Ukraynadakı ÇXR vətəndaşlarının təhlükəsizliyini təmin etməyə davam edəcək. Shir.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ukraynalı həmkarı Dmitro Kuleba ilə söhbətində deyib. “Biz münaqişənin başlanğıcında Çin vətəndaşlarının, xüsusən də tələbələrin təxliyəsində göstərdiyi köməyə görə Ukraynaya təşəkkür edirik”, - deyə o bildirib. Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iyulun 23-dən Çində səfərdədir. Üç günlük səfər çərçivəsində

Başqırdıstanın paytaxtı Ufada polis leytenantları fahişə sifariş verən kişini qadınla səhv salıb döyərək, 100 min rubl pulunu (təxminən 1940 manat) oğurlayıblar. Shir.az Rusiya KİV-ə istinadla xəbər verir ki, zərərçəkənin Tacikistan vətəndaşı olduğu üzə çıxıb. Ondan pulla yanaşı, çələng və idman ayaqqabısı da oğurlanıb. Polislər saxlanılaraq işdən çıxarılıb, miqrant Rusiya Federasiyasından qovulub.

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi üçün zəruri ilkin şərt kimi qiymətləndirir. Shir.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Silahlı münaqişələr və vətəndaş müharibəsinin viran qoyduğu Sudanda 26 milyon insan aclıq çəkir. Bundan başqa, 750 min sudanlı bu fəlakətlə bağlı ölüm astanasındadır. Shir.az xarici mediaya istinadla xəbər verir ki, bu məlumat BMT-nin hesabatında yer alıb. BMT-nin sözçüsü Stefan Dujarrik Sudanda ərzaqla bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirib. O, təşkilatın baş qərargahında keçirdiyi brifinqdə deyib: “Demək olar ki, 26 milyon kişi, qadın və uşaq kəskin aclıq içindədir. Misal

Türkiyənin İzmir şəhərinin Urla, Seferihisar, Dikili və Foça rayonları sahillərində qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib. Shir.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində ümumilikdə 196 qanunsuz miqrant saxlanılıb. Həmçinin 64 qanunsuz miqrant xilas edilib. Məlumata görə, onların arasında uşaqlar da var.

Rusiyanın Yekaterinburq şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb. Shir.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb. “Qəza nəticəsində avtomobilin sürücüsü 19 yaşlı kişi və onun üç sərnişini hadisə yerində keçiniblər. Yük maşınının sürücüsü xəsarət almayıb”, – məlumatda bildirilib. Faktla bağlı araşdırma aparılır.

Yellouston Milli Parkında hidrotermal partlayış baş verib. Shir.az məlumatına görə, bu barədə parkın saytında məlumat verilib. İlkin məlumata görə, xəsarət alan olmayıb, lakin partlayışın miqyası hələlik bəlli deyil. Parkın mətbuat xidməti partlayışın vulkanik sistemə təsir etmədiyini bildirir. Sosial şəbəkələrdə istifadəçilər vulkan püskürmə yerini sürətlə əhatə edən böyük su sütununun yerdən qopduğunu əks etdirən video yayımlayıblar.

Şimali Koreya 10-cu dəfə Koreya Respublikasına doğru zibillə dolu şarları havaya uçurub. Shir.az xəbər verir ki, bu barədə Seul rəhbərliyi məlumat yayıb. “Seulda Şimali Koreyadan düşmüş zibil balonları tapılıb”, – Seul meriyasının məlumatında diqqətə çatdırılıb. Onlar həmvətənlərindən bu obyektlərə yaxınlaşmamalarını və balonlar aşkar edilərsə, hərbçilərə və ya polisə məlumat vermələrini xahiş ediblər.

ABŞ-nin vitse-prezidenti Kamala Harris ölkənin ali vəzifəsinə namizədliyi irəli sürülmək üçün Demokratik Partiyanın qarşıdan gələn qurultayında nümayəndələrdən yetərincə səs topladığını açıqlayıb. Shir.az xəbər verir ki, siyasətçi bunu ABŞ-nin mərkəzi televiziya kanallarında yayımlanan Miluokidə (Viskonsin ştatı) çıxışı zamanı deyib. “Mənə məlumat verildi ki, bu səhər biz demokratların namizədliyi üçün kifayət qədər nümayəndənin dəstəyini qazanmışıq. Mən sizə söz verirəm ki, qarşıdakı
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031