
Sabah saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Shir.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Shir.az -a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Shir.az -a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova keçirdiyi əməliyyat sonrası vəfat edib. Shir.az xəbər verir ki, bu barədə Bizim Lənkəran səhifəsi məlumat yayıb. Bildirilib ki, Sədaqət müəllim məktəbin savadlı müəllimlərindən biri olub: "O, 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplamışdı".

Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova AygünTahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Bu barədə Shir.az -a DİN-dən bildirilib. Qeyd edilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub. “Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, BRICS iqtisadi bloku gələcəkdə öz parlamentini yarada bilər. Shir.az Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburqda keçirilən X BRICS Parlament Forumunda iştirakçılara müraciət edən Putin bloka daxil olan ölkələrin müntəzəm iclaslarının parlamentin qurulması prosesinə kömək edəcəyini bildirib. O qeyd edib: “BRICS-in hələ ki, özünün institusional parlament strukturu yoxdur. Amma mən inanıram ki, bu ideya gələcəkdə reallaşacaq. Əminəm

Shir.az xəbər verir ki, bu barədə Daxili İşçlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovun meyitlərinin qalıqları Saatlı rayonuna gətirilib. Shir.az “Report”-a istinadən xəbər verir ki, şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində ailələrinə təhvil verilib. Hazırda kənddə şəhidlərlə vida mərasimi keçirilir. Qeyd edək ki, Səfiyyə Müləzim qızı Rəhimova 1936-cı il iyunun 1-də, Müsaddin Sədri oğlu Rəhimov isə 1963-cü il iyunun

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bu barədə Shir.az -a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Günay Məmmədli 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Füzuli və

"Qızların təhsilinə dəstək" proqramı çərçivəsində bu günə qədər 210 tələbə qıza təqaüd verilməsi ilə yanaşı, onların təcrübə keçməsi təmin edilib. Shir.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun 3 illik hesabat tədbirində çıxışı zamanı deyib. O bildirib ki, Fond mütəmadi şəkildə bir çox özəl şirkətlərə əməkdaşlığı davam etdirir: "İELTSl imtahanına təşviq layihəsi çərçivəsində 9 ali təhsil müəssisəsinin 385 iştirakçısı uğurla

























