Tarix: 12-07-2024, 13:21
Yaponiyanın bədii gimnastika komandasının kapitanı Şoko Miyata siqaret çəkdiyi və spirtli içki qəbul etdiyi üçün Paris Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.
Shir.az "Kyodo News"a istinadən xəbər verir ki, Yaponiya Gimnastika Assosiasiyası 19 yaşlı idmançını millidən qovub.
Yaponiyada siqaret və spirtli içkilərin qəbuluna 20 yaşdan etibarən icazə verilir.
Xanım gimnast ictimaiyyət qarşısında günahını etiraf edib.
Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.