
"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşları bərpa edəcək. Shir.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, uçuşlar Bakı–Male istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bron etmək mümkündür. Xatırladaq ki, AZAL ilk dəfə 9 noyabr 2024-cü ildə Male şəhərinə birbaşa uçuşlara başlayıb.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi barədə sərəncam imzalayıb. İcra başçısı işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət alıb. Shir.az şiddətli töhmət alan icra başçısının dosyesini təqdim edir: Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib. İki gün ərzində nazir 409 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 335 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 27-si Vətən müharibəsi iştirakçısıdır.

Bu gün Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq. Shir.az -ın məlumatına görə, 35 kilovoltluq "Şahbuz" hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 16:00-dan 17:00-dək Şahbuz rayonunda və onun dağlıq kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra abonentlər yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib. Shir.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. O bildirib ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması

Avqustun 30-da Bakıda 36, rayonlarda 38 dərəcə isti gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən Shir.az -a verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dan etibarən müvəqqəti olaraq kəsiləcək. Təmir işlərinin tamamlanmasının ardından qaz təchizatı bərpa ediləcək. İstehsalat Birliyi sakinlərə anlayış

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Shir.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Belə ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə

Bu gün, 29 avqust 2025-ci il, Azərbaycanın Milli Qəhrəmanı, şəhid telejurnalist Çingiz Mustafayevin anadan olmasının 65-ci ildönümüdür. Onun həyat və fəaliyyəti, yalnız jurnalistika sahəsində deyil, həm də milli mübarizə tariximizdə silinməz izlər buraxmışdır. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Rusiya Federasiyasının Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atasının istəyi

Əpl şirkətinin sentyabrın 9-da təqdim edəcəyi Ayfon-17 modelinin gözlənilən satış qiymətləri açıqlanıb. Shir.az xəbər verir ki, şirkətin yeni smartfon seriyası dörd fərqli modeldən ibarət olacaq və bu modellərdən üçü ötən ildən təxminən 50 ABŞ dolları baha qiymətə satılacaq. Beləcə Ayfon-17 modelinin gözlənilən başlanğıc qiymətinin 799 ABŞ dolları təşkil edəcəyi bildirilir. Ayfon-17 Air – 949, Ayfon-17 Pro – 1049, Ayfon-17 Pro Max isə 1249 ABŞ dolları dəyərində satılacaq

























