Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 29-08-2025, 19:00

 

Malayziya şirkətləri Azərbaycanla mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) sahələrində əməkdaşlıq imkanlarını öyrənməkdə maraqlıdır.

Shir.az xəbər verir ki, bunu reporta eksklüziv müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza bildirib.

"Azərbaycan enerji resurslarının əsas təchizatçılarından biri və regionda strateji oyunçu kimi inkişaf etmiş boru kəməri infrastrukturu sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır", - A.Riza bildirib.

Diplomatın fikrincə, bu, orta həlqə infrastrukturunun tikintisi və idarə edilməsi, qaz emalı texnologiyaları, saxlanc sistemləri və digər əlaqəli sahələrdə böyük təcrübəyə malik olan Malayziya şirkətlərinin cəlb edilməsi üçün geniş perspektivlər açır.

"Bu əlaqələri təşviq etmək üçün Azərbaycan şirkətləri Kuala-Lumpurda keçiriləcək "Oil & Gas Asia (OGA) 2025" beynəlxalq sərgisi də daxil olmaqla, əsas sənaye platformalarında Malayziya müəssisələri ilə fəal əməkdaşlığa dəvət olunur", - səfir əlavə edib.

Onun sözlərinə görə, malayziyalı ixracatçılar və xidmət təchizatçıları ilə əlaqələrin qurulmasında vacib həlqə olan İstanbuldakı MATRADE ofisi vasitəsilə əməkdaşlıq da əlavə imkanlar açır.

"Biz əminik ki, bu platformalarda proaktiv əməkdaşlıq enerji sahəsində qarşılıqlı faydalı tərəfdaşlığın potensialını maksimum dərəcədə üzə çıxarmağa imkan verəcək", - A.Riza vurğulayıb.

Səfir bildirib ki, əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri məhz bərpa olunan enerjidir: "Azərbaycan öz qarşısına "yaşıl enerji"nin quraşdırılmış gücdəki payının keçən ilin sonuna olan 21,3 %-dən 2027-ci ilə qədər 33,7 %-ə çatdırılması ilə bağlı iddialı məqsədlər qoyub. Bu da investorlar və həll təminatçıları üçün olduqca cəlbedicidir. Külək enerjisi və günəş parkları ilə bağlı layihələrin həyata keçirilməsi daxili ehtiyacları ödəməklə yanaşı, həm də ölkənin regional "yaşıl enerji" mərkəzi kimi rolunu gücləndirəcək".

O deyib ki, bu iddialı "yaşıl" gündəlik Malayziya şirkətləri ilə tərəfdaşlıq üçün əlverişli şərait yaradır. Malayziya da öz "yaşıl" sektorunu fəal şəkildə inkişaf etdirir və Yeni Sənaye Baş Planı (NIMP) 2030, "Yaşıl İnvestisiya" Strategiyası, Dairəvi İqtisadiyyat Siyasəti və Milli Ticarət Planı 2030 kimi təşəbbüslər həyata keçirir. Bu proqramlar vasitəsilə İnvestisiya, Ticarət və Sənaye Nazirliyi (MITI) şirkətləri bu sektorda öz imkanlarından istifadə etməyə və onları genişləndirməyə təşviq edir.

"Bu proqramlar dairəvi iqtisadiyyata və davamlı ticarətə diqqət yetirməklə yanaşı, Azərbaycanda bərpa olunan enerjinin inkişaf planları çərçivəsində zəruri bacarıqların və innovasiyaların inkişafına töhfə verə bilər", - A.Riza bildirib.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930