
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyi, Hesablama Palatası, Nazirlər Kabinetinin İşlər Müdiri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 29 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Shir.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, nəqliyyat vasitələrinin hərracda ilkin satış qiymətləri 450 manatdan 19 min 350 manata qədər dəyişir. Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur.

Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Shir.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyadan (QPS) qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər

Azərbaycanda ötən il 19-25 yaşda 54 min 535 gənc işsiz kimi qeydiyyata alınıb. Shir.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" məcmuəsində qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 8738 nəfər azdır. Belə ki, 2024-cü ildə 55 min 63 gənc isə işə düzəlib. Bu əvvəlki illə müqayisədə 13 min 525 nəfər çoxdur.

Samux rayonunda açıq ərazidə yanğın başlayıb. Shir.az xəbər verir ki, Samux rayonu Qədili kəndində qamışlıq sahə yanır. Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda avqustun 28-də 39 dərəcə isti olacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən

Mətbuat cameəsinin ağır itkisi... Peşəkar qələmi, prinsipial mövqeyi və dərin düşüncəsi ilə seçilən jurnalist Rüstəm Qaraxanlının vəfatı media ailəsi üçün böyük itkidir. Onun qələmindən çıxan hər yazı cəmiyyətə, oxucuya bir mesaj, bir çağırış idi. Öz dəsti-xətti, səmimiyyəti və dürüstlüyü ilə tanınan Rüstəm bəy, təkcə jurnalist yox, həm də vicdanlı bir söz adamı idi. Bu çətin gündə başda ailəsi olmaqla, yaxınlarına, dostlarına və bütün jurnalist həmkarlarımıza dərin hüznlə başsağlığı verirəm.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd olunan Laçın Şəhəri Günü çərçivəsində qala-konsert keçirilib. Shir.az xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə təqdim olunan konsert proqramını dövlət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, laçınlı sakinlər və digər qonaqlar izləyiblər.

Sabah "Bakı Metropoliteni" QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Shir.az -a səhmdar cəmiyyətindən bildirilib. Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik

Qırğızıstanda 4,1 maqnitudalı zəlzələ baş verib. Shir.az -ın Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoproqnoz Monitorinq Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Botken şəhəri rayonunda olub. Özbəkistan ərazisində təkanlar Fərqanə vilayətinin bir neçə yaşayış məntəqəsində hiss edilib.
Baş nazir: Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın regionda rolunun daha da artması deməkdir
(26-08-2025, 15:30)
(26-08-2025, 15:30)

Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkənin uzun, çətin, amma şərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının hədəflərinə nail olması ilə əlamətdar oldu. Shir.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı

























