Tarix: Bu gün, 17:00
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd olunan Laçın Şəhəri Günü çərçivəsində qala-konsert keçirilib.
Shir.az xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə təqdim olunan konsert proqramını dövlət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, laçınlı sakinlər və digər qonaqlar izləyiblər.