
Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Shir.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qəbulda iştirak edən 52 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntular dinlənilib. Məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair

Türkiyənin Milli Təhlükəsizlik Şurası Baş katibinin müavini general-mayor Mustafa Samancı Azərbaycanda səfərdədir. Shir.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin X hesabında bildirilib. Azərbaycana səfəri çərçivəsində Mustafa Samancı Türkiyə səfiri Birol Akgünlə görüşüb.

Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Shir.az -a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar. Shir.az xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar. Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, ötən gün Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin Qarabağ

Bu ilin I yarısı Azərbaycanın hava nəqliyyatı sektoru üçün təkcə statistik yox, həm də strateji baxımdan əhəmiyyətli bir mərhələ olub. Uçuşların intensivləşməsi, tranzit yüklənməsinin artması, sərnişindaşımada müşahidə olunan sabit yüksəliş ölkəmizin beynəlxalq aviasiya sistemində mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir. Bu barədə Shir.az -a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Azərbaycan hava məkanı: tranzit üçün prioritet marşrut Yanvar–iyun aylarında

Azərbaycanda iyulun 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz

Baş prokuror Kamran Əliyev iyulun 18-də Zaqatalada vətəndaşları qəbul edəcək. Bu barədə Shir.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında keçiriləcək görüşdə Zaqatala, Şəki, Qax və Balakən rayon sakinləri iştirak edə bilərlər: "Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə

Növbəti il Azərbaycandakı bütün müəllimlər sertifikasiya imtahanından keçmiş olacaq. Shir.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. Nazir xatırladıb ki, ötən il 31 min 852 müəllim ibtidai sinif üzrə sertifikasiyadan keçib: “Ümumilikdə bu günə qədər 7 min 318 müəllim uğursuz nəticə göstərib. Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin

Azərbaycan İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbiri 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak edib. Shir.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib. “BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın 9 pillə irəlilədiyini, elektron hökumətin çox sürətlə inkişaf

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 10-da şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

























