Son xəbərlər:
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                       

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Shir.az -a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib. 10:59 Bakıda azyaşlı itkin düşüb. Shir.az xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 7 yaşlı M. Məmmədov evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu

Kürdəmir rayonunun icra və probasiya şöbəsinin rəisi ölüb. Shir.az -ın əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin rəisi, 1977-ci il təvəllüdlü Arif Yəhyazadə öz xidməti otağında qəfildən ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Abşeron rayonunda körpə qızdırmadan vəfat edib. Shir.az -ın əldə etdiyi məlumata əsasən, Masazır qəsəbə sakini 2024-cü il təvəllüdlü Ə.Hacızadə yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Körpə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Türkiyənin Tokat vilayətində 4 bal gücündə zəlzələ baş verib. Shir.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) X sosial media hesabında paylaşım edib. AFAD bildirib ki, baş verən zəlzələnin dərinliyi 7 kilometr olub. Zəlzələ rayonda heç bir dağıntı yaratmayıb.

Bakıda intihar hadisəsi olub. Shir.az -ın məlumatına görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış kompleksində baş verib. Vəliyeva Sevinc Yasif qızı özünü binadan ataraq, həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır.

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub. Shir.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Ağdaşda bıçaqlanma hadisəsi olub. Shir.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 26 yaşlı Elnur Osmanov aralarında yaranan mübahisə zəminində tanışı, 37 yaşlı Həsənalı İsayevə bıçaqla xəsarət yetirib.

Bakıda intihar hadisəsi baş verib. Shir.az xəbər verir ki, hadisə az əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospekti 35 ünvanında qeydə alınıb. Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Shir.az -ın məlumatına görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Nəsimi Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Shir.az-a bu barədə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031