Tarix: 25-07-2024, 12:42
Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Shir.az-a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.
10:59
Bakıda azyaşlı itkin düşüb.
Shir.az xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 7 yaşlı M. Məmmədov evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib. Məlumata görə, azyaşlı autizm xəstəliyindən əziyyət çəkir.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.