Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       

Lənkəran rayonunda mənzildə kişi meyiti tapılıb. Shir.az xəbər verir ki, meyit Lənkəran rayonunun Liman şəhəri ərazisində aşkarlanıb. Meyitin 1959-cu il təvəllüdlü Bayraməli Şikar oğlu Nəcəfova aid olduğu məlum olub. Onun 20 günə yaxındır itkin düşdüyü söylənilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın Yekaterinburq şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb. Shir.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb. “Qəza nəticəsində avtomobilin sürücüsü 19 yaşlı kişi və onun üç sərnişini hadisə yerində keçiniblər. Yük maşınının sürücüsü xəsarət almayıb”, – məlumatda bildirilib. Faktla bağlı araşdırma aparılır.

Adriatik dənizinin Albaniya sahilində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Shir.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri 24,8 min nəfərin yaşadığı Lyaçi şəhərindən 26 km qərbdə yerləşib. Zəlzələnin ocağı 12 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Ağdamda intihar hadisəsi baş verib. Shir.az xəbər verir ki, hadisə rayonun Birinci Yüzbaşılı kəndində qeydə alınıb. Təxminən 50 yaşlarında olan Natiq Sabir oğlu Əhmədov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq canına qəsd edib. Hazırda araşdırma aparılır.

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib. Shir.az xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Hazırda fakt araşdırılır.

Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq ölüb. Shir.az -ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Nəvahi kəndində baş verib. Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb. Üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayan uşağın pnevmaniyadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub. Shir.az -ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının

Xırdalanda qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Shir.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və onun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Qax rayonunda iki yaşlı körpə dərmandan zəhərlənib. Shir.az xəbər verir ki, Qax şəhərində yaşadığı evdə nəzarətsiz qalan 2022-ci il təvəllüdlü A.Nemətzadə qəbzlik əleyhinə dərmanları içib. Nəticədə zəhərlənən körpə xəstəxanaya yerləşdirilib.

Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb. Shir.az məlumat verir ki, Sumqayıt şəhər sakini, 1949-cu il təvəllüdlü Kamal Astan oğlu Həsənov 14 gün öncə 10-cu mikrorayonda yıxılıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930