Tarix: 23-07-2024, 10:34
Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb.
Shir.az məlumat verir ki, Sumqayıt şəhər sakini, 1949-cu il təvəllüdlü Kamal Astan oğlu Həsənov 14 gün öncə 10-cu mikrorayonda yıxılıb.
O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.