Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd olan Hümbət Hüseynov kimdir?
(15-08-2024, 21:06)
(15-08-2024, 21:06)
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində
Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsində avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Shir.az xəbər verir ki, yolu keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü Radim Həsənovu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Baş prokurorun birinci müavini MDB-nin Müşahidə Missiyasını seçkilərlə bağlı məlumatlandırıb
(15-08-2024, 15:48)
(15-08-2024, 15:48)
Avqustun 15-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Shir.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Elçin Məmmədov cari ilin sentyabrın 1-də təyin olunmuş növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçiciləri azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib. Shir.az -ın əldə etdiyi məlumata görə, bu vəzifə indiyə qədər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə meneceri işləyən Elməddin Namazova həvalə olunub. O, yeni vəzifəsində Eldar Həsənovu əvəzləyib. E.Namazov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqrokimya üzrə bakalavar dərəcəsi, torpağın aqroekoloji qiymətləndirilməsi və təsnifatı üzrə magistr
Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb. Bu barədə Shir.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti
İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Shir.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasında çıxış edən Nqolo Kante ilə maraqlanır. 33 yaşlı yarımmüdafiəçinin maliyyə tələbləri çox olmasa, onunla müqavilə bağlana bilər. Qeyd edək ki, Kante ötən mövsüm klub səviyyəsində meydana çıxdığı 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliuyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) yeni vəzifələr və hüquqlar verilib. Shir.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin qurumun Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb. Fərmana əsasən, AYNA-nın yeni vəzifələri aşağıdakılardır: - Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları
RİNN-in sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib
(15-08-2024, 15:09)
(15-08-2024, 15:09)
Prezident İlham Əliyev 16 iyul 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edib. Shir.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Sənədə əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) kiçik və orta biznes evlərində sahibkarlara göstərdiyi avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib. Shir.az -ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib: - “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti –
Prezident İlham Əliyev 6 iyun 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Shir.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyə aşağıdakı yeni səlahyyətlər verilib: - tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; - Bakı