Son xəbərlər:
«Новруз Аслан: Сильный лидер - главный фактор стабильности государства»                        Vilayət Eyvazov gənclərin sıra baxışında iştirak etdi                        Milli Məclis üzvü Novruzəli Aslanov vətəndaşların müraciətlərini dinləyib                        İlham Əliyev “Matanat-A” şirkətinin yeni istehsal müəssisəsini işə saldı                        Prezident bu idmançıları mükafatlandırdı                        Prezident onlara rütbə verdi                        Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi                        İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi                        Novruzəli Aslanov: Prezidentin çıxışı dövlət idarəçiliyində yeni düşüncə mərhələsidir                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı                        İlham Əliyev Ərdoğana zəng etdi                        Azərbaycan XİN Türkiyəyə bağsağlığı verdi                        Ərdoğandan təyyarə qəzası ilə bağlı ilk açıqlama                        Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi                        İlham Əliyev Ərdoğana başsağlığı verdi                        Ağ Ölümə Qarşı Birlikdə: Nərimanovda Maarifləndirici Tədbir                        Generaldan Azərbaycan xalqına təbrik...                        Azərbaycanda Zəfər Günü qeyd olunur                        Азербайджан воевал достойно. Наша совесть и руки чисты - Новруз Аслан                        Azərbaycanda əsgərlərə telefon və nömrə veriləcək                        Prezident 4 fərman imzaladı                        Novruz Aslan: "Üçrəngli bayrağımız - Qürurumuzun, zəfərimizin və birliyimizin rəmzi"                        Zəfər Günümüz - Qürurumuz, Şərəfimiz, Əbədiyyətimizdi                        Novruzəli Aslanov: “Elmin milli kimliyin və tarixi yaddaşın qorunmasındakı rolu - Prezident İlham Əliyevin çıxışı yeni mərhələnin başlanğıcı oldu”                        Neft yenidən bahalaşdı                        Тем, кто свысока смотрят на тюркский мир, есть чему поучиться у наших лидеров - РАСКЛАД от Новруза Аслана                        “Xudafərin üzərində dalğalanan qürur - 18 oktyabr 2020-ci il tarixinə yazılan zəfər" - Nazlı Onur                        Bazar gününün havası açıqlanıb                        Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik                        Türkiyə XİN Azərbaycanı təbrik etdi                       
Tarix: 15-08-2024, 21:06

 

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…"  10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.


Hümbət Hüseynov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən bələdiyyə məmurudur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Hümbət Hüseynov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Hümbət Hüseynov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan bələdiyyə sədridir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Hümbət müəllim yüksək savada və dünyagörüşə malik olan kadrdır. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Hümbət Hüseynova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Hümbət Hüseynovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Hümbət Hüseynovun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynovunhaqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki,  10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031