Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       

Türk Dövlətləri Təşklilatının (TDT) baş katibi Kubanıçbek Ömuraliyev Bişkekdə TDT-yə üzv dövlətlərin baş prokurorlarının üçüncü toplantısı çərçivəsində Qırğızıstanın baş prokuroru Maksat Asanalaliev ilə görüşüb. Shir.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Qeyd olunub ki, tərəflər TDT-yə üzv ölkələrin baş prokurorluqları arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.

Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Shir.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Putin Əsədlə bölgədəki vəziyyəti, o cümlədən Suriya məsələsini müzakirə edəcəyini bildirib. Bundan əlavə, iki ölkə liderləri ticarət-iqtisadi əlaqələri müzakirə edəcəklər.

Türkiyənin Tokat vilayətində 4 bal gücündə zəlzələ baş verib. Shir.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) X sosial media hesabında paylaşım edib. AFAD bildirib ki, baş verən zəlzələnin dərinliyi 7 kilometr olub. Zəlzələ rayonda heç bir dağıntı yaratmayıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 0,91 % artaraq 85,75 ABŞ dolları təşkil edib. Bu barədə Shir.az -a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 81,10 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti

Mavritaniya sahillərində afrikalı miqrantları daşıyan qayığın batması nəticəsində 25 nəfər ölüb. Shir.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. Avropaya gedən gəmidəki sərnişinlərin əksəriyyəti Seneqal və Qambiyadandır.

Bakıda intihar hadisəsi olub. Shir.az -ın məlumatına görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış kompleksində baş verib. Vəliyeva Sevinc Yasif qızı özünü binadan ataraq, həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır.

Çinin cənub-şərqindəki Futsian əyalətində yaxınlaşan Qaemi qasırğası səbəbindən 150 mindən çox insan təxliyə edilib. Shir.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd olunur ki, onlardan 29 424 nəfəri sahilboyu zonada yerləşən balıq yetişdirilən ərazilərdən sahilə təxliyə edilib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov gələcəkdə ölkədə “Instagram”ın blokdan çıxarılacağını istisna etməyib. Shir.az xəbər verir ki, O, bu barədə “Yeni Media Festivalı”nda çıxışı zamanı bildirib.PA “Hesab edirəm ki, bəli, platformaya giri mümkün qədər tez bərpa etmək daha yaxşıdır. Bu mənim fikrimdir. Ancaq burada çox vacib bir məqam var. Biz sizinlə müharibə şəraitində yaşayırıq”, - Peskv qeyd edib.

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub. Shir.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyənin 13 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Gürz-1” əməliyyatı keçirilib. Shir.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Gaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzonda keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində, həmçinin böyük həcmdə milli və xarici valyuta, eləcə də rəqəmsal vasitələr ələ keçirilib.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031