Tarix: 25-07-2024, 09:47
Çinin cənub-şərqindəki Futsian əyalətində yaxınlaşan Qaemi qasırğası səbəbindən 150 mindən çox insan təxliyə edilib.
Shir.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunur ki, onlardan 29 424 nəfəri sahilboyu zonada yerləşən balıq yetişdirilən ərazilərdən sahilə təxliyə edilib.