Son xəbərlər:
Novruz Aslan: "Üçrəngli bayrağımız - Qürurumuzun, zəfərimizin və birliyimizin rəmzi"                        Zəfər Günümüz - Qürurumuz, Şərəfimiz, Əbədiyyətimizdi                        Novruzəli Aslanov: “Elmin milli kimliyin və tarixi yaddaşın qorunmasındakı rolu - Prezident İlham Əliyevin çıxışı yeni mərhələnin başlanğıcı oldu”                        Neft yenidən bahalaşdı                        Тем, кто свысока смотрят на тюркский мир, есть чему поучиться у наших лидеров - РАСКЛАД от Новруза Аслана                        “Xudafərin üzərində dalğalanan qürur - 18 oktyabr 2020-ci il tarixinə yazılan zəfər" - Nazlı Onur                        Bazar gününün havası açıqlanıb                        Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik                        Türkiyə XİN Azərbaycanı təbrik etdi                        Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...                        Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto                        İlham Əliyevin “Kazinform” agentliyinə müsahibə verib                        Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir                        18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunur                        Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım                        Bu bayraq qəhrəmanlıqla ucalıb! - MN                        Azərbaycanın bu ölkədə səfirliyi təsis olundu - Sərəncam                        Vilayət Eyvazovdan rəislərə tapşırıq...                        İlham Əliyev fərman imzaladı                        DİN-də kollegiya iclası keçirildi                        Prezident onlara müraciət ünvanladı                        Məşhur rektor vəfat etdi                        DİN-dən Yasamaldakı silahlı insidentlə bağlı açıqlama                        Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib                        MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...                        Bir Xalanın 1 Dəqiqə 36 Saniyəlik Videosu - Cəmiyyətin Aynası Oldu                        Bu vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundu                        Milli Məclisin iclası başladı                        General onlara konkret tapşırıqlar verdi - Foto                        İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi                       

Naftalanda itkin düşən 34 yaşlı kişi tapılıb. Shir.az -ın məlumatına görə, Naftalan şəhər polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşən 1990-cı il təvəllüdlü Rəşad Talıbov tapılıb. Axtarışlar dayandırılıb.

Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür. Shir.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb. Bildirilib ki, Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu

Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində avqustun bir sıra ölkələrin olimpiya nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələləri ilə görüşlər keçirilib. Shir.az -ın məlumatına görə, toplantıda olimpiadada gümüş medal qazanan taekvondoçumuz Qaşim Maqomedovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb. Olimpiya Oyunlarında idmançılarımızın yarışlarını geniş

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib. Shir.az -ın məlumatına görə də, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir. Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə

Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq. Bu barədə Shir.az -a DİN Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib. Shir.az xəbər verir ki, paylaşımda qeyd edilib: "Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvlərindən birini öldürüb. Shir.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətmiş HƏMAS üzvünü Qəzza zolağında məhv edib. İyulun 24-də Qəzza zolağında İDF və Şin Betin birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi əraziyə zərbə endirilib və bir neçə

Avqustun 8-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Shir.az -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° olacaq.

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib. Shir.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.

Şəkidə intihar hadisəsi olub. Shir.az -ın məlumatına görə, hadisə Aşağı Göynük kəndində qeydə alınıb. Kənd sakini F. Əhmədova səhər saat 7 radələrində evin həyətindəki qoz ağacından özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Məlumata görə, qadın psixoloji xəstəlikdən əziyyət çəkib. Faktla bağlı araşdırma aparılır.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031