Tarix: 8-08-2024, 10:06
Avqustun 8-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Shir.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° olacaq.