“ Azərbaycanın qardaş dövlətlərlə münasibətlərində mədəni diplomatiya xüsusi yer tutur”- Novruz Aslan
(7-10-2025, 18:00)
(7-10-2025, 18:00)

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü bir daha nümayiş etdirdi ki, türk dünyasının birliyi yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu birliyin əsasında əsrlərlə formalaşmış ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Cənab Prezident İlham Əliyevin çıxışı bu mənada dərin məna daşıyırdı. Möhtərəm dövlət başçımız türk birliyini sadəcə dövlətlərarası münasibətlər müstəvisində deyil, həm də qardaş xalqların mənəvi həmrəyliyi kimi təqdim etdi.