Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 7-10-2025, 18:00

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü bir daha nümayiş etdirdi ki, türk dünyasının birliyi yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu birliyin əsasında əsrlərlə formalaşmış ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Cənab Prezident İlham Əliyevin çıxışı bu mənada dərin məna daşıyırdı. Möhtərəm dövlət başçımız türk birliyini sadəcə dövlətlərarası münasibətlər müstəvisində deyil, həm də qardaş xalqların mənəvi həmrəyliyi kimi təqdim etdi. Bu, Azərbaycanın türk dünyasında oynadığı mənəvi liderlik rolunun bariz ifadəsidir.”

Shir.az xəbər verir ki, bu sözləri aia.az-a açıqlamasında Novruzəli Aslanov deyib.

Millət vəkili cənab Prezident İlham Əliyevin çıxışında türk xalqlarının tarixi yaddaşını qorumağın və ortaq kimliyi gələcək nəsillərə ötürməyin vacibliyi barədə yer almış fikirlərin əhəmiyyətini xüsusi vurğulayıb: “Cənab Prezident gələn il Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin tamam olduğunu diqqətə çatdırdı və bu yubileyin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi təklifini irəli sürdü. Bu təşəbbüs sadəcə tarixi bir hadisənin anılması deyil, eyni zamanda, türk mədəniyyətinin elmi və mənəvi köklərinə dərin hörmətin göstəricisidir. Bakı bir əsr əvvəl olduğu kimi, bu gün də türk birliyinin elmi və mədəni düşüncə mərkəzi kimi çıxış edir. Azərbaycanın qardaş dövlətlərlə münasibətlərində mədəni diplomatiya xüsusi yer tutur. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar yaradır. Bu baxımdan, Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin bütün türk coğrafiyasında tanıdılması, gənclər arasında ortaq layihələrin təşviqi xüsusi əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini təmin edən ideoloji baza yaradır.”

Sonda deputat Azərbaycanın xarici siyasət fəlsəfəsinin təməlində milli kimliklə beynəlmiləl həmrəyliyin məharətlə uzlaşdırıldığını diqqət mərkəzinə çəkib: “Cənab Prezident İlham Əliyev türk dövlətləri arasında münasibətləri “bir ailə modeli” kimi təsvir edərək bu birliyin emosional, mənəvi və strateji əsaslarını birləşdirdi. Bu yanaşma Azərbaycan diplomatiyasına insani və dəyərlər yönümlü məzmun qazandırır. Bu gün türk dünyası bir çox qlobal güclərin qarşıdurma məkanına çevrilmiş bir regionda öz sözünü deyə bilirsə, bu, ilk növbədə, ölkələrimizin bir-birinə səmimi münasibətinin, qarşılıqlı etimadın və ortaq mənəvi dəyərlərin nəticəsidir. Cənab Prezident İlham Əliyevin Qəbələdən verdiyi mesaj bütün türk coğrafiyası üçün aydın idi: birliyimiz gücümüzdür, amma bu gücün əsasında mənəvi dəyərlər, dostluq və qardaşlıq dayanmalıdır” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930