
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, cəsur jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür. Shir.az olaraq Salatın Əsgərovanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil
























