Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 9-01-2026, 17:00

Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, cəsur jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür.

Shir.az olaraq Salatın Əsgərovanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Elə həmin ildən müqavilə əsasında “Bakı” qəzetində fəaliyyətə başlayıb, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində müxbir kimi çalışıb.

Salatın Əsgərovanın qələmə aldığı mövzular əsasən Azərbaycanın ərazi bütövlüyü, Qarabağ həqiqətləri ilə bağlı olub. O, tez-tez cəbhə bölgələrinə, Qarabağın qaynar nöqtələrinə gedərək operativ və cəsarətli reportajlar hazırlayıb.

Jurnalistin sonuncu yazısı Xocalıda fəaliyyət göstərən xüsusi təyinatlı polis dəstəsinin ağır döyüş şəraitindən bəhs edən “Omonçular” adlı məqalə olub. 1991-ci il yanvarın 9-da Salatın Əsgərovanın da olduğu avtomobil Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni terrorçuları tərəfindən mühasirəyə alınıb və yaxın məsafədən açılan güclü atəş nəticəsində o, amansızcasına qətlə yetirilib.

Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn olunub. 6 noyabr 1992-ci ildə ona ölümündən sonra “Azərbaycanın Milli QəhrəQələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılırmanı” fəxri adı verilib. Qeyd edək ki, Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Salatın Əsgərova ailəli olub. Bu evlilikdən bir oğlu - Ceyhun Əsgərov dünyaya gəlib. Ceyhun Əsgərov da jurnalist peşəsini seçərək anasının yolunu davam etdirir.

Allah rəhmət eləsin. Xatirəsi daim qəlbimizdə yaşayacaq.Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930