
Dünən təqvimdə “Sevgililər Günü” yazılmışdı. Amma hər təqvimdə yazılan söz hər ürəkdə eyni mənanı daşımır. Dünən əslində istədiyi halda qovuşa bilməyənlərin, sevib də sevdiyini sevdirə bilməyənlərin, darıxıb da zəng etməyə cəsarət tapmayanların günü idi. Çabalayıb nəticə ala bilməyənlərin, ayrılıb da “qəbul etdim” deyə bilməyənlərin, sevgisinin qarşılığını görə bilməyənlərin günü idi. Səssizcə düşünüb “kaş bizdən alınardı” deyənlərin günü idi. Sevgi hər kəsə eyni cür gəlmir. Kiminsə qapısını
























