Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 15-02-2026, 22:30

“Sevgililər Günü”-nün səssiz qəhrəmanları

Dünən təqvimdə “Sevgililər Günü” yazılmışdı. Amma hər təqvimdə yazılan söz hər ürəkdə eyni mənanı daşımır. Dünən əslində istədiyi halda qovuşa bilməyənlərin, sevib də sevdiyini sevdirə bilməyənlərin, darıxıb da zəng etməyə cəsarət tapmayanların günü idi. Çabalayıb nəticə ala bilməyənlərin, ayrılıb da “qəbul etdim” deyə bilməyənlərin, sevgisinin qarşılığını görə bilməyənlərin günü idi. Səssizcə düşünüb “kaş bizdən alınardı” deyənlərin günü idi.

Sevgi hər kəsə eyni cür gəlmir. Kiminsə qapısını çiçək kimi döyür, kiminsə qapısını tufan kimi. Kimisi üçün bir şam işığında gülümsəməkdir, kimisi üçün illərlə içində daşıdığı sükut. Sosial şəbəkələrdə paylaşılan şəkillər, ürəklər, hədiyyələr bir günlüyə göz oxşaya bilər. Amma ürəyin içindəki boşluğu heç bir filtr doldura bilməz.

Sevgi bayramı deyilən bir gündə ən çox səssiz qalanlar danışır əslində. Status yazmayanlar, şəkil paylaşmayanlar, heç nə olmamış kimi davrananlar… Onların içində bir cümlə dolaşır: “Kaş bizdən alınardı.” O “kaş” insanın içində ən ağır sözdür. Çünki ümidlə peşmançılığın ortasında dayanır.

Sevgi qarşılıq tapanda bayram olur. Tapmayanda isə dərs. Bəzən bir insanı sevmək kifayət etmir. Zaman uyğun olmur, məsafə icazə vermir, qürur imkan tanımır, ya da taleyin başqa planı olur. O zaman insan anlayır ki, sevgi təkcə iki ürəyin istəyi ilə qurulmur; bəzən iki ürəyin eyni anda, eyni cəsarətlə döyünməsi lazımdır.

Dünən sevə-sevə susanların günü idi. Ürəyində adını çəkə bilmədiyi birini daşıyanların günü idi. Hələ də “bəlkə bir gün” deyə ümid edənlərin günü idi. Və ən çox da özünü toparlamağa çalışanların… Çünki insan sevdiyini itirəndə tək onu yox, bir az da özünü itirir.

Ona görə də bəlkə də doğrudur: bağlayaq artıq bu “Sevgililər Günü” söhbətlərini. Sevgi bir günə sığacaq qədər kiçik deyil. Sevgini yaşayan üçün hər gün var, yaşamayan üçün isə heç bir gün yoxdur. Əsas olan tarix deyil, ürəyin halıdır.

Və unutmayaq: bir gün qarşılıq tapmayan sevgi belə insanı yarım qoymur. Əksinə, onu daha dərindən, daha yetkin, daha anlayışlı edir. Bəlkə də dünən qovuşa bilməyənlər sabah özlərinə qovuşacaqlar. Bəlkə də ən böyük sevgi əvvəlcə insanın özünə verdiyi dəyərdən başlayır.

Sevgi bir gündən ibarət deyil. Sevgi ya var, ya yoxdur. Varsa - hər gün bayramdır. Yoxdursa - təqvimdə yazılan söz sadəcə tarixdir.

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930