
Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Bu barədə Shir.az -a BŞTİ-si məlumat verib. Bildirilib ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Shir.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ruanda Respublikasının Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

Shir.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-də çıxış edib. O bildirib: “Türkiyə artan gücü ilə məzlumlara ümid, zalımlara isə qorxu verir. İlk qibləmiz olan Müqəddəs Qüds barədə həddi aşan ifadələr işlədərək kimlərsə nəsə etməyə çalışır. Biz isə onların nə etmək istədiklərinin tam fərqindəyik. Əlində 65 min Qəzzəli məzlumun qanı olan canilərə buradan səslənirəm: Qüds — yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin şərəfidir. Qüdsi müdafiə etmək sülhün və insanlığın ortaq

Shir.az xəbər verir ki, Prokurorluq orqanlarında könüllü qanvermə aksiyası keçirilib Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə sentyabrın 19-da Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları

Qadın qətli törədənlərə ömürlük həbs cəzasının verilməsi təklif edilib. Shir.az xəbər verir ki, belə təkliflər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova çıxış edib. Deputat bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyə yenə ehtiyac var: “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burda iştirak eləsinlər. Lazımdırsa, bununla bağlı

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Shir.az xəbər verir ki, fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb. Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır: - avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi; - nəqliyyat vasitələrinin Bakı şəhərinin

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib. Shir.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Əvvəlcə, nazir K.Heydərov xalqımızın

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. Shir.az məktubun mətnini təqdim edir: "Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər

Türkiyənin milli müdafiə naziri Yaşar Güler PKK terror qruplaşmasına və ona bağlı olan qollara növbəti dəfə xəbərdarlıq edib. Shir.az xəbər verir ki, nazir bu barədə Ankarada 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən mərasimdə danışıb. "PKK və ona bağlı bütün qruplar, edilən çağırış və qəbul edilən ləğv qərarı çərçivəsində dərhal terror fəaliyyətlərinə son verməli, başda Suriya olmaqla, müxtəlif coğrafiyalarda və fərqli adlar altında fəaliyyət göstərən bütün qolları bir an əvvəl və

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda yerləşən bir çox 4 və 5 ulduzlu otellərdə qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə yarış trası (Bakı Şəhər Halqası) yaxınlığında yerləşən otellərdədir. Artıq əksər otellərdə yerlər tam dolub. Shir.az Teleqraf.com-a istinadla xəbər verir ki, ən yüksək qiymət "Four Seasons Hotel Baku"dadır. Burada 4 günlük qonaqlama 5 025 manatdan başlayaraq 7 684 manata qədər yüksəlib. "Fairmont Baku Hotelin" rəsmi vebsaytında

























