Tarix: 19-09-2025, 20:00
Shir.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-də çıxış edib. O bildirib:
“Türkiyə artan gücü ilə məzlumlara ümid, zalımlara isə qorxu verir. İlk qibləmiz olan Müqəddəs Qüds barədə həddi aşan ifadələr işlədərək kimlərsə nəsə etməyə çalışır. Biz isə onların nə etmək istədiklərinin tam fərqindəyik. Əlində 65 min Qəzzəli məzlumun qanı olan canilərə buradan səslənirəm: Qüds — yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin şərəfidir. Qüdsi müdafiə etmək sülhün və insanlığın ortaq dəyərlərini qorumaq deməkdir. Hələ utanmadan o yazının (kitabənin) arxasınca düşüb. Biz nəinki o kitabəni, Qüdsə aid bir ovuc daş belə vermərik.”