
19 noyabr 2025-ci il tarixində Bakı şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiqlənmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQS) yüksək səviyyəli toplantısına ev sahibliyi edib. Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın Qızıl Aypara və Qızıl Ay cəmiyyətləri iştirak edib. Türkmənistan və Şimali Kipr Qızıl Ay cəmiyyətləri isə müşahidəçi qismində tədbirə qatılıb. Tədbir proqramı ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarının, eləcə də ölkənin
























