
Bu gün axşam evə qayıdanda yolüstü özümə nərgiz gülləri aldım. Sonra Bravo marketə girdim - itim üçün yemək, çörək, süd, qatıq və ev üçün lazım olan ərzaqları götürdüm. Kassaya yaxınlaşanda isə özüm də fərqinə varmadan səhvən gülləri kassada işləyən xanıma uzatdım, sanki aldığım məhsullardandırmış kimi. Sonra dərhal geri çəkdim. Baxdım ki, bu ərzaq yox, aldığım nərgiz gülləridir. O an xanımın dediyi bir cümlə ürəyimə toxundu: “Ay, çox sevinmişdim ki, kimsə mənim üçün gül alıb…” Bu söz məni çox
























