
Dekabrın 24-də İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslanov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov ilin yekunlarına dair ətraflı məlumat verib. O, sosial-iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq tədbirləri,
























