
Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan tarixində yaddaş və ədalətin vəhdətini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir. Shir.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov bildirib ki, bu mərasim Xocalı faciəsinin təkcə keçmişin ağrısı deyil, həm də gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyət olduğunu bir daha təsdiqlədi. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı dövlətin bu məsələdə prinsipial və ardıcıl mövqeyini
























