Tarix: 29-07-2024, 20:57
Xalq artisti Ağadadaş Ağayev mühafizəçi ilə aralarında baş verən hadisədən sonra ilk dəfə açıqlama yayıb.
Shir.az xəbər verir ki, o, sözügedən görüntülərin təfərrüatı tam şəkildə əks etdirmədiyini qeyd edib.
Sənətçi baş verənlərə görə dövlətdən və xalqdan üzr istəyib.
“Öncə bir Xalq artisti, xalqa örnək olan bir şəxs kimi, hər hansı səbəbdən olursa, olsun fərq etməz, etdiyim bu yanlış hərəkətin fərqindəyəm. Təəssüf hissi ilə dövlətimdən və xalqımdan üzr istəyirəm”, – A. Ağayev deyib.