Tarix: 30-07-2024, 10:25
Norveç Futbol Assosiasiyası VAR (Video Köməkçi Hakim) sistemindən imtina edə bilər.
Shir.az xəbər verir ki, bu barədə "TV2.no" nəşri məlumat yayıb.
Məsələ, 2025-ci ilin martında keçiriləcək konqresdə müzakirəyə çıxarılacaq. Əksəriyyət qərarın lehinə səs versə, VAR ləğv olunacaq.
Qeyd edək ki, Norveçdə azarkeşlər bu sistemdən istifadə edilməsini istəmirlər.