Tarix: 30-07-2024, 14:15
Pakistan Baş naziri Şahbaz Şərifin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfəri ləğv edilib.
Shir.az bildirir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, səfər baş nazirin həkimlərinin məsləhəti ilə ləğv edilib.
Mətbuat İran prezidentinin andiçmə mərasiminə baş nazirin müavini İshaq Darın nümayəndə heyəti ilə birlikdə qatılacağını bildirib.