Tarix: 31-07-2024, 11:30
Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıb.
Bu barədə Shir.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
İyulun 30-da gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əskinas verən 2 nəfər Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Həsənov və P.Hüseynov Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə təhvil veriliblər.
Araşdırma aparılır.