Tarix: 31-07-2024, 15:20
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə ABŞ-nin əli yoxdur.
Shir.az xəbər verir ki, bunu CNA portalına ABŞ Dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə görə, ABŞ HƏMAS-ın Siyasi Bürosunun rəhbərinin öldürülməsindən xəbəri olmayıb.
İ.Haniyənin öldürülməsi Qəzza zolağında müharibənin gedişatını dəyişəcəkmi sualına cavabında A.Blinken bildirib ki, fərziyyələr irəli sürmək çətindir.