Tarix: 1-08-2024, 10:43
İngiltərənin "Mançester Yunayted" klubunun iki futbolçusu zədələnib.
Shir.az-ın məlumatına görə, müdafiəçi Leni Yoro və hücumçu Rasmus Heylunn sıradan çıxıb.
Onlar "Arsenal"a 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçında xəsarət alıblar.
Yoro üç ay, Heylunn isə 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Leni Yoro iyulun 18-də Fransanın "Lill" klubundan "qırmızı şeytanlar"a keçib.