Tarix: 5-08-2024, 12:55
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə kütləvi hal almış ultrasağçıların etirazları səbəbindən COBRA komitəsinin təcili iclasını çağırıb.
Shir.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
"Toplantı bu gün, yəni Dauninq-stritdə quldurların sığınacaq axtaranların məskunlaşdığı hotellərə basqın etmək cəhdindən sonra şiddətlənən zorakılığın altıncı günündə baş tutmalıdır", – məlumatda bildirilib.
İclasda nazirlər, rəsmilər, polis və kəşfiyyatçılar iştirak edəcəklər. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir.
Bundan əvvəl Böyük Britaniya Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərdə təhlükəsizliyi gücləndirmək üçün 30 milyon avro ayırmışdı.