Tarix: 6-08-2024, 13:56
Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının bu yaxınlarda iclası keçiriləcək.
Shir.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Hökumətlərarası Komissiya fəal işləyir: “Ölkələrimizin digər qurumları arasında da fəal təmaslar var”.
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası 2023-cü ilin iyul ayında Moskvada keçirilib.
Azərbaycan bazarında 900 ortaq müəssisə fəaliyyət göstərir ki, bunlardan 1/3-nin 100 %-lik kapitalı Rusiyaya məxsusdur.