Tarix: 6-08-2024, 16:36
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) asfaltlanma işləri aparır.
Shir.az agentliyə istinadən xəbər verir ki, küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.