Son xəbərlər:
«Новруз Аслан: Сильный лидер - главный фактор стабильности государства»                        Vilayət Eyvazov gənclərin sıra baxışında iştirak etdi                        Milli Məclis üzvü Novruzəli Aslanov vətəndaşların müraciətlərini dinləyib                        İlham Əliyev “Matanat-A” şirkətinin yeni istehsal müəssisəsini işə saldı                        Prezident bu idmançıları mükafatlandırdı                        Prezident onlara rütbə verdi                        Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi                        İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi                        Novruzəli Aslanov: Prezidentin çıxışı dövlət idarəçiliyində yeni düşüncə mərhələsidir                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı                        İlham Əliyev Ərdoğana zəng etdi                        Azərbaycan XİN Türkiyəyə bağsağlığı verdi                        Ərdoğandan təyyarə qəzası ilə bağlı ilk açıqlama                        Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi                        İlham Əliyev Ərdoğana başsağlığı verdi                        Ağ Ölümə Qarşı Birlikdə: Nərimanovda Maarifləndirici Tədbir                        Generaldan Azərbaycan xalqına təbrik...                        Azərbaycanda Zəfər Günü qeyd olunur                        Азербайджан воевал достойно. Наша совесть и руки чисты - Новруз Аслан                        Azərbaycanda əsgərlərə telefon və nömrə veriləcək                        Prezident 4 fərman imzaladı                        Novruz Aslan: "Üçrəngli bayrağımız - Qürurumuzun, zəfərimizin və birliyimizin rəmzi"                        Zəfər Günümüz - Qürurumuz, Şərəfimiz, Əbədiyyətimizdi                        Novruzəli Aslanov: “Elmin milli kimliyin və tarixi yaddaşın qorunmasındakı rolu - Prezident İlham Əliyevin çıxışı yeni mərhələnin başlanğıcı oldu”                        Neft yenidən bahalaşdı                        Тем, кто свысока смотрят на тюркский мир, есть чему поучиться у наших лидеров - РАСКЛАД от Новруза Аслана                        “Xudafərin üzərində dalğalanan qürur - 18 oktyabr 2020-ci il tarixinə yazılan zəfər" - Nazlı Onur                        Bazar gününün havası açıqlanıb                        Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik                        Türkiyə XİN Azərbaycanı təbrik etdi                       
Tarix: 7-08-2024, 10:17

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür.

T.Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin Mühəndis-elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.

Fransada yaşayan ailənin ilk övladı Vidadi də elə orada dünyaya gəlib.

1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edib.

Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alıb. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalıb. Onu həbs edib Sibirə sürgünə göndəriblər.

1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilib, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün ediblər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayıb.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdiriblər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənib. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilib və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olub.

Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən Vətənə qayıdıb.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırıb və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilib.

Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənib. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı T.Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.

T.Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

O, müsahibələrindən birində deyib:

"Rəssam olmasaydım, yəqin ki, heykəltaraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram".

T.Nərimanbəyovun zəhməti heç də hədər getməyib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı", 1980-ci ildə isə "Min bir gecə" əsərlərinə verdiyi səhnə tərtibatına görə dövlət mükafatları alıb.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal", 2010-cu ilin avqustunda isə "Şərəf" ordenləri ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.

Dünyaşöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031