Tarix: 7-08-2024, 10:40
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Shir.az-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və narıncı xəbərdarlığa uyğun olaraq arabir 20,8-28,4 m/san təşkil edəcək.