Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) övladlığagötürmə üzrə e-sistemi ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyasının “Qızıl mükafat” kateqoriyasında qalib seçilib.
Naziriyin İctimaiyyətlə əlaqələr şöbəsindən Shir.az-a verilən məlumata görə, müsabiqənin saytında bu barədə, habelə nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat və övladlığagötürmə üzrə e-sistemə dair geniş təqdimat yerləşdirilib.
Yaradıcılıq və rəqəmsal ünsiyyətdə mükəmməlliyi müəyyən edən “dotCOMM Awards” müsabiqəsi internetin inkişaf edən alətlərini (interaktivlik, məzmun, dizayn, sosial media, video, proqramlar, bloqlar, saytlar, marketinq və reklam kampaniyaları) əhatə edir.
Müsabiqəyə 100-dən çox ölkədən rəqəmsal layihələr təqdim olunub.