Tarix: 16-08-2024, 09:37
Fransa Atletika Federasiyası Məhəmməd Kuntanı yarışlardan kənarlaşdırıb.
Shir.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Fransanın idman naziri Ameli Udea-Kastera sosial şəbəkələr vasitəsilə açıqlama verib.
Qərara 29 yaşlı atletin İsraillə bağlı xoşagəlməz paylaşımlar etməsi səbəb olub. Cəzalandırılması ilə yanaşı, M.Kunta məhkəməyə də verilib.
Paris-2024-ün iştirakçısı olmuş idmançı açıqlama verərək üzrxahlıq edib.
Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçirilib.