Tarix: 19-08-2024, 15:23
Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağı hədəfləyir, lakin bütün əsassız tələblər tamamilə aradan qaldırılmalıdır.
Shir.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir, lakin rəsmi İrəvanın uzun onilliklər ərzində diktə etdiyi bütün əsassız tələblər tamamilə aradan qaldırılmalıdır. Bu, bəyanatlar və s. səviyyədə baş verməməlidir, bu, hüquqi cəhətdən əsaslandırılmış formada öz əksini tapmalıdır”, - o bildirib.