Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 23-08-2024, 15:30

 

AMEA-nın Fəlsəfə və hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.

Shir.az Qaynarinfoya -a istinadənxəbər verir ki, Xaliq Əhmədzadə (Hacı Xaliq Bəşər) İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə 30 gün müddətində həbs olunub.

Hacı Xaliq Bəşər idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi avtomobilin 9707 manat cərimə borcu olduğununu və duracağa aparılacağını bildirilib. O, YPX əməkdaşlarına cərimələrdən xəbərsiz və onların qanunsuz olduğunu, məhkəməyə müraciət edərək sildirəcəyini deyib.

YPX əməkdaşları avtomobili duracağa aparmalı olduqlarını təkid ediblər. Hacı Xaliq hüquq elmləri doktoru, beynəlxalq elm və mədəniyyət mərkəzinin sədri, müstəqil hüquqşünaslar liqasının sədri və hüquq müdafiəçisi olduğunu, həmçinin 2005-2010-cu illərdə deputat olduğunu deyərək YPX əməkdaşlarının rəhbərliyi ilə əlaqə saxlamaq istəyib.

Yol polisləri dəfələrlə sürücüyə sənədlərini təqdim etməsini bildirsə də, sonuncu özünü Milli Məclisin deputatı Azay Quliyev kimi təqdim edərək, onlara tabesizlik göstərib. Nəticədə müxtəlif bəhanələrlə iki saat müddətində YPX əməkdaşlarının xidməti fəaliyyətini pozub. Nəhayət, güclü yağış başladıqdan sonra Hacı Xaliq Bəşərin avtomobili YPX əməkdaşlarının müşayiəti ilə Quba Rayon Polis Şöbəsinin duracağına yerləşdirilib.

Aparılan araşdırma zamanı Hacı Xaliq Bəşərin "Toyota Prado" markalı avtomobili sürmək üçün etibarnaməsinin olmadığı və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı məlum olub.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında Xaliq Bəşər dələduzluqda ittiham edilərək həbs edilmişdi.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930