Tarix: 24-08-2024, 10:42
Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.
Shir.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir:
"Komissiyanın qərarı ilə 6516567 seçki bülleteni çap olunub. Bülletenlərə 991 namizədin adı qeyd edilib. Bu o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".
O bildirib ki, bu zamana qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.