Tarix: 26-09-2024, 11:00
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Shir.az xəbər verir ki, iki gün ərzində nazir 445 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 338 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 45-i Vətən müharibəsi iştirakçısıdır.